Hezret Eli (e) buyurub: Sizlerden her kes Allah yaninda hansi meqamda oldughunu bilmek istese baxib gorsun Gunah ederken Allahin meqami onun nezerinde necedirse,onun da meqami Allah yaninda eledir..
__

GÜNAHŞÜNASLIQ

MÜƏLLİF: MÖHSÜN QƏRAƏTİ

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

BİRİNCİ FƏSİL

GÜNAHIN MƏ’NASI VƏ ONUN NÖVLƏRİ

Günah müxalifət mə’nasınadır. İslam dinində Allah-taalanın əmrinə zidd olan əməllərə günah deyilir. Günah kiçik də olsa belə, Allahın fərmanı ilə zidd olduğu üçün böyük sayılır. İslam Peyğəmbəri Həzrəti Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) əbuzərə buyurur:

 

لا تَنْظُرْ اِلى صِغَرِ الْخَطيئَةِ وَلكِنْ اُنْظُرْ اِلى مَنْ عَصَيْتَهُ

«Etdiyin günahın kiçik olmasına baxma; əksinə, kimin fərmanından boyun qaçırdığına bax.»

Qur’anda, eləcə də Peyğəmbərimiz və İmamlarımızın kəlamlarında müxtəlif ibarələrlə günaha işarə olunub ki, onlardan hər biri günahın ziyanlarının müəyyən bir cəhətini açıqlayır, onun neçə növ olmasını bildirir. Qur’anda günah mə’nasında işlənən kəlmələr aşağıdakılardır:

«Zənb» - lüğətdə «ardıcıllıq» mə’nasına-dır.

Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha «zənb» deyilir. Bu kəlmə Qur’anda 35 dəfə təkrar olunub.

2. «Mə’siyət» - Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mə’nasınadır. Günah insanın Allah-taalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Qur’anda 33 dəfə gəlmişdir.

3. «İsm» - süstlük etmək, geridə qalmaq və məhrum olmaq mə’nasında işlənir. Bu kəlmənin günah mə’nasında işlənməsi onu göstərir ki, günahkar heç vaxt özünü bacarıqlı hesab etməsin, əksinə o, geridə qalan bir şəxsdir. İsm kəlməsi də Qur’anda 48 dəfə təkrar olunub.

4. «Səyyiə» - Bu söz insana qəm-qüssə gətirən pis əməllərə deyilir. ərəb dilində səyyiə sözü xoşbəxtlik mə’nasını verən həsənə sözünün antonimi-əksidir. Bu ifadə də Qur’anda 165 dəfə təkrar olunub. Qeyd etmək lazımdır ki, səyyiə kökündən olub, pis mə’nasını daşıyan «su’u» sözü də Qur’anda 44 dəfə gəlmişdir.

5. «Cürm» - əslində meyvənin ağacdan ayrılmasına deyilir. Habelə, alçaq mə’nasını da daşıyır. Cərimə və cəraim sözləri də bu kökdən ayrılmışdır. İnsanı öz hədəfindən, həqiqətdən, səadətdən və bir sözlə təkamüldən saxlayan əməllərə «cürm» deyilir.

6. «Haram» - Qadağan olunmaq mə’nasını verir. Məsələn: Haram sözündən alınmış və hacılara məxsus geyim növü olan «ehram» paltarı (insanın həcc və ümrə əməllərini yerinə yetirən zaman geydiyi «ehram» paltarı) ona bir sıra işləri qadağan edir. Eləcə də İslamda müharibənin qadağan olunduğu aylara haram aylar deyilir. (Məsələn: Məhərrəm ayında müharibə etmək, dinimizdə haram və qadağan işlərdən biridir. Allahın evinin özünə məxsus ehtiramı olduğu üçün ona Məscidül-haram adı verilmişdir. Elə buna görə də kafirlərin onun içinə daxil olması qadağandır. Bu ifadə Qur’anda 75 dəfə təkrar olunub.

7. «Xətiiə» - Adətən, insanın ixtiyarsız halda mürtəkib olduğu günahlara deyilir. Lakin bə’zi vaxtlar, o cümlədən «Bəqərə» surəsinin 81-ci və «əlhaqqə» surəsinin 137-ci ayəsində olduğu kimi, bu kəlmə böyük günahlar mə’nasında işlənmişdir. əslində isə xətiiə sözü günah nəticəsində insanın ruhunda yaranan elə vəziyyətdir ki, bu vəziyyət onu nicat yolundan saxlayır,  hidayət nurunu onun qəlbindən silir. Bu kəlməyə də Qur’anda 22 dəfə rast gəlirik.

8. «Fisq» - əslində xurma dənəsinin qabıqdan çıxmasına deyilir. Bu kəlmənin günah mə’nasında işlənməsi insanın günah edərkən Allaha bəndəçilik və itaətdən xaric olmasına işarədir. Günahkar insan öz əməli ilə Allahın əmrini pozur və Onun hörmətinə xələl gətirir. Bu kəlmə ilə Qur’anda 53 dəfə günaha işarə olunmuşdur.

9. «Fəsad»- İnsanın həyatda normal vəziyyətdən çıxmasına deyilir ki, insanın fitri iste’dadlarının hədərə getməsi və məhv olması ilə nəticələnir. Fəsad sözü Qur’anda 50 dəfə gəlmişdir.

10. «Fücur»- İnsanın abır, həya və mə’nəviyyat pərdələrinin parçalanmasına deyilir ki, bunun da nəticəsi rüsvayçılıqdan başqa bir şey deyildir. Bu söz Qur’anda 6 dəfə təkrar olunub.

11. «Münkər» - İnkar sözündən olub uyğunlaşmayan mə’nasını verir. İnsanda olan sağlam ağıl və fitrətin pis işlərlə uyğun gəlməməsinə görə günaha münkər deyilir. Adətən, bu söz «nəhy əz münkər» (başqalarını pis işlərdən çəkindirmək) ünvanında işlənir. Qur’anda bu kəlmə ilə 16 dəfə rastlaşmaq olar.

12. «Fahişə» - Pisliyində heç kəs şübhə etməyən nalayiq sözlərə və pis əmələrə deyilir. Bə’zi vaxtlarda isə həddindən artıq pis və nifrət yaradan əməllər haqqında da işlənir. Bu söz Qur’anda 24 dəfə təkrar olunub.

13. «Şərr»- Adətən, insanların nifrət etdiyi və xoşlamadığı işlərə şərr deyilir. Bunun əksi müqabilində xeyir sözüdür ki, bu da camaatın əksəriyyətinin bəyənib əməl etdiyi işlərə deyilir. Həmçinin, insanların daxili hissləri və fitri duyğuları ilə zidd olan günaha şərr deyilir. Bu kəlmə çox vaxt insanın başına gələn bəlalar haqqında da işlənir. Lakin bə’zi yerlərdə günaha şərr deyilir. O cümlədən Qur’ani-kərimin «Zilzal» surəsinin 8-ci ayəsində «şərrən» ifadəsi günah məqsədini bildirmək üçün işlədilmişdir.

14. «Ləməm» Günaha yaxınlaşmaq mə’nasınadır. Eləcə də «az» mə’nasını da daşıyır. Bu səbəbdən də kiçik günahlara «ləməm» deyilir. Bu kəlmə Qur’anda təkcə bir yerdə («Nəcm» surəsinin 32-ci ayəsində) gəlmişdir.

15. «Vizr»- Ağırlıq mə’nasınadır. Vəzir hökumətin ağır işlərini öhdəsinə götürən şəxsə deyilir. Günahkar insan öz günahları ilə, ağır bir yükü öz üzərinə götürür. (Mə’lumdur ki, bə’zi insanlar bunu öz təcrübələrində müşahidə ediblər.) Lakin o, bu həqiqətdən qafildir! «Vizr» sözü Qur’anda 26 dəfə gəlmişdir. Qur’anın bə’zi ayələrində yenə də ağırlıq mə’nasını verən «siql» sözü də günah mə’nasında işlənib. «ənkəbut» surəsinin 13-cü ayəsi bu nümunədən biridir.

16. «Hins» - əslində batil və qəbahətli sayılan işlərə meylli olmaq mə’nasını verir. Lakin söz verdikdən sonra əməl etməməyə də hins deyilir. İnsanın dinə, öz sözünə  əməl etməməsi, əhdinə vəfasız çıxması böyük günahlardan sayılır. Bu kəlmə Qur’anda iki dəfə gəlmişdir.

Saydığımız bu 16 ifadənin hər biri günahın zərərli tə’sirlərindən yalnız müəyyən bir hissəsini açıqlayır və insanları bu işlərdən uzaqlaşmağa çağırır.

GÜNAHIN NÖVLƏRİ

İslam alimləri, günahları iki növə bölmüşlər:

1. Böyük günahlar (kəbirə);

2. Kiçik günahlar (səğirə).

Bu bölgüdə alimlərimiz, Qur’andan və mə’sum imamlarımızın kəlamlarından bəhrələnmişlər. «Nisa» surəsinin 31-ci ayəsində Allah-taala buyurur:

اِنْ تَجْتَنِبُوا كَبائِرَ ما تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيّئاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلاً كَرِيماً

«Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq.»

«Kəhf» surəsinin 49-cu ayəsində oxuyuruq:

وَوُضِعَ الْكِتابُ فَتَرَى الُْمجْرِمِينَ مُشْفِقِينَ مِمّا فِيهِ وَيَقُولُونَ يا وَيْلَتَنا ما لِهذا اَلْكِتابِ لا يُغادِرُ صَغِيرَة وَلا كَبِيرَةً اِلاّ اَحْصاها

«(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Məhəmməd! O zaman) günahkarların orada yazılmış öz pis əməllərindən (onlara görə veriləcək cəzadan) qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır!» Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşısında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!»

Yenə də Allah-taala «Nəcm» surəsinin 32-ci ayəsində buyurur:

الَّذينَ يَجْتَنِبُونَ كَبائِرَ الاِْثْمِ وَالْفَواحِشَ

«O yaxşılıq edənlər ki, kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan, çirkin əməllərdən çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!»

«Şura» surəsinin 37-ci ayəsində də oxuyuruq:

وَالَّذِينَ يَجْتَنِبُونَ كَبائِرَ الاْثْمِ وَالْفَواحِشَ

«O kəslər üçün ki, böyük günahlardan və rəzil işlərdən çəkinər, (birinə) qəzəbləndikləri zaman (onu) bağışlayarlar.»

Nəhayət «Nisa» surəsinin 48-ci ayəsində buyurur:

اِنَّ اللهَ لا يَغْفِرُ اَنْ يُشْرِكَ بِهِ وَيَغْفِرُ ما دوُنَ ذلِكَ لِمَنْ يَشاءُ وَمَنْ يُشْرِكْ بِاللهِ فَقَدِ افْتَرى اِثْماً عَظِيماً

«Həqiqətən Allah, Ona şərik qoşmağı bağışlamaz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük bir günah etmiş olur».

HƏDİSLƏRDƏ DEYİLƏN GÜNAHIN NƏVLƏRİNİ NƏZƏRDƏN KEÇİRƏK

Mə’sum imamlarımızdan nəql olunan bir çox hədislər də böyük və kiçik günahları izah edir.

«Üsuli-kafi» kitabının «Babul-kəbair» hissəsində 24 hədis ancaq bu mövzudan bəhs edir. Bu bölmənin birinci və ikinci hədislərində böyük sayılan (kəbirə) günahlar haqqında qeyd edilib: Böyük günahlar Allahın onlara cəhənnəm atəşini vacib etdiyi günahlara deyilir. «Babul-kəbair» bölməsinin 3-cü və 7-ci hədislərində yeddi günah böyük günahlar hesab edilmişdir. Lakin 24-cü hədisdə 19 günah böyük günah sayılır. Bu hədislərin hamısına bir yerdə nəzər salsaq, günahın böyük və kiçik olaraq iki yerə  bölünməsini anlayarıq. Baxmayaraq ki, hər bir günah Allahın əmri ilə ziddiyyətdə olduğu üçün böyük sayılmalıdır. Lakin bu məsələ kiçik günahların da olmasını e’tiraf etmir. Çünki günahları, onların zərər və ziyanlarına görə ölçürlər. Yə’ni böyük günahlar kiçik günahlarla müqayisədə daha zərərverici tə’sirlərə malikdir.

BÖYÜK GÜNAHLAR

İMAM SADİQ (Ə)-IN HƏDİSİNDƏN

İmam Kazim (əleyhissalam) buyurur: əmr ibni Übeyd (İslam alimlərindən biri idi) İmam Sadiq (əleyhis-salamın) hüzuruna gəlib salam verdi və bu ayəni oxudu:

وَالَّذِينَ يَجْتَنِبُونَ كَبائِرَ الاْثْمِ وَالْفَواحِشَ

«Yaxşı insanlar böyük günahlardan və çirkin əməllərdən qorunmalıdırlar». Sonra sükut edib ayənin davamını oxumadı. İmam ona buyurdu: Nə üçün sükut etdin?

O dedi: Qur’anda bu günahların sayını bilmək istəyirəm.

İmam buyurdu: Bəli, ey əmr (eşit):

1. Ən böyük günah Allaha şərik qoşmaqdır. Ona görə Allah-taala buyurmuşdur:

وَمَنْ يُشْرِكْ بِاللهِ فَقَدْ حَرَّمَ اللهُ عَلَيْهِ الْجَنَّة َ

«Hər kəs Allaha özünə şərik qoşsa Allah behişti ona haram edər.» (“Nisa”, 72)

2. Ondan sonra Allahın rəhmətindən ümidsiz olmaq ən böyük günahlardan sayılır:

Necə ki, Allah-taala buyurmuşdur:

اِنَّهُ لا يَيْأَسُ مِنْ رَوْحِ اللهِ اِلاّ الْقَوْمُ الْكافِرُون َ

«Kafirlərdən başqa heç bir kəs Allahın rəhmətindən ümidsiz olmaz.» (“Yusif”, 78)

3. Allahın rəhmətindən ümidsizlikdən sonra ən böyük günah insanın həmişə Allahın əzabından amanda olacağını güman etməsidir. (İnsan həm Allahın rəhmətinə ümidli olmalı, həm də Allahın əzabından qafil olmamalıdır). Allah-taala Qur’anda buyurur:

فَلا يَأْمَنُ مِنْ مَكْرِ اللهِ اِلاّ الْقَوْمُ الْخاسِروُنَ

«Yalnız ziyana uğrayanlar, Allahın məkrindən amanda qalacaqlarına inanarlar». (“Ə’raf”, 99)

4. Böyük günahlardan biri də ata və ananın üzünə ağ olmaqdır: Elə bu səbəbdən Allah-taala ata-anasına əziyyət verən şəxsi güclü, lakin bədbəxt bir insan kimi tanıtdırır.

5. Adam öldürmək; (İstisna olunmuş hallardan başqa). Allah-taala buyurur:

وَمَنْ يَقْتُلُ مُؤمِناً مُتَعَمِّداً فَجَزاؤُهُ جَهَنَّمُ خالِداً فِيها وَغَضِبَ اللهُ عَلَيهِ وَلَعَنَهُ وَاَعَدَّ لَهُ عَذاباً عَظِيماً

«Hər kəs bir mö’mini qəsdən öldürsə, cəzası cəhənnəm olacaq və orada əbədi qalacaq. Allah ona qəzəb edəcək, lə’nətləyəcək və onun üçün ağır əzab hazırlayacaqdır.» (“Nisa”, 93)

6. İffətli bir qadını zinakar kimi qələmə vermək. Allah-taala buyurur:

اِنَّ الَّذِينَ يَرْمُونَ الُْمحصَناتِ الْغافِلاتِ الْمؤْمِناتِ لُعِنُوا فِي الدُّنْيا وَالاْخِرَةِ وَلَهُمْ عَذابٌ عَظِيمٌ

«Zinanı ağıla belə gətirməyən ismətli qadınları zinada ittiham edən kimsələr, dünyada və axirətdə lə’nətə gəlmişlər». (“Nur”, 23)

7. Yetimlərin malını yemək: Qur’anda belə şəxslərin haqqında oxuyuruq:

اِنَّما يَأْكُلُونَ فِي بُطُونِهِمْ ناراً وَسَيَصْلَوْنَ سَعِيراً

«Yetimlərin malını haqsızlıqla yeyənlər yalnız qarınlarına od doldurar və tezliklə cəhənnəm atəşində yanacaqlar». (“Nisa, 10)

8. Cihad (din yolunda müharibə) cəbhəsindən qaçmaq. Belə ki, Allah-taala buyurur:

وَمَنْ يُوَلِّهِمْ يَوْمَئِذ دُبُرَهُ اِلاّ مُتَحَرِّفاً لِقِتال اَوْ مُتَحَيّزاً اِلى فِئَة باءً بَغَضَب مِنَ اللهِ وَمَأْواهُ جَهَنَّمَ وَبِئْسَ الْمَصِيرُ

«Bir tərəfə çəkilib təkrar döyüşmək, yaxud (başqa bir) dəstəyə qoşulmaq məqsədilə yox, sadəcə qorxudan geriyə çəkilənlər (cəbhədən qaçanlar) Allahın qəzəbinə tutularlar. Cəhənnəmdir onların yerləri və ora necə də pis yerdir!» (“Ənfal”, 16)

9. Faiz yemək. (sələmçi olmaq) Bu barədə Allah-taala buyurur:

الَّذِينَ يَأْكُلُونَ الرِّبا لا يَقُومُونَ اِلاّ كَما يَقُومَ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطانُ مِنَ الْمَسّ

«Faiz yeyənlər (sələmçilər) məhşər ayağında şeytanın toxunub yerə yıxdığı adamın qalxdığı kimi ayağa qalxarlar». (“Bəqərə”, 277)

10. Sehr və cadu etmək. Qur’anda sehr haqqında belə oxuyuruq:

وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَراهُ مالَهُ فِي الاْخِرَةِ مِنْ خَلاق

«Onlar bilirdilər ki, onu (cadunu) alan şəxsə Qiyamət günü heç bir mənfəət çatmayacaq.» (“Bəqərə”, 102)

11. Zina. Belə ki, Allah-taala buyurmuşdur:

وَمَنْ يَفْعَلْ ذلِكَ يَلْقَ آثاماً يُضاعَفْ لَهُ الْعَذابُ يَوْمَ الْقِيامَةِ وَيَخْلُدْ فِيهِ مُهاناً

«Hər kəs bunu (zinanı) etsə, o, günaha batmış olur. Qiyamət günü bu cür şəxsin əzabı qat-qat artar, və cəhənnəm içində alçalaraq əbədi olaraq qalar». (“Furqan”, 68-69)

12. Günah üçün yalandan and içmək. Rəbbimiz buyurur:

الَّذِينَ يَشْتَروُنَ بِعَهْدِ اللهِ وَاَيْمانِهِمْ ثَمَناً قَلِيلاً اُلئِكَ لا خَلاقَ لَهُمْ فِي الاْخِرَةِ

«Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət ne’mətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!». (Ali-imran, 77)

13. Müharibə zamanı müsəlmanların ələ keçirdiyi qənimətə xəyanət etmək. (Ona görə ki, bu qənimət orada iştirak edən müsəlmanların arasında bölüşdürülməlidir.) «Ali-imran» surəsinin 161-ci ayəsində oxuyuruq:

[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19] [20] [21] [22]

Saytımız tezliklə hazır olacaq və sizin istifadənizə veriləcək
1
2
 

Xankəndi  26.12.1991

Xocavənd 18.02.1992

Xocalı      26.02.1992

Şuşa         09.05.1992

Laçın       17.05.1992

Kəlbəcər  06.04.1993

Ağdərə    17.06.1993

Ağdam    23.07.1993

Cəbrayıl 18.08.1993

Füzuli     23.08.1993

Qubadlı  31.08.1993

Zəngilan 25.10.1993

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol